Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fəxrəddin Manafov Türkiyədə mükafat aldı - FOTO

Fəxrəddin Manafov Türkiyədə mükafat aldı - FOTO

Tarix: 4 Fevral 2025 18:54

Xalq artisti Fəxrəddin Manafov Türkiyədə mükafata layiq görülüb.

Sonxeber.net xəbər verir ki, aktyor İstanbulda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) "Beynəlxalq teatr" mükafatı ilə bağlı təqdimetmə mərasiminə qatılıb. 

F.Manafov "Türk dünyasının ən yaxşı teatr aktyoru" nominasiyası üzrə mükafata layiq görülüb.

Türkiyənin "Tiyatro" qəzeti tərəfindən təsis edilən X Beynəlxalq Anadolu Teatr Mükafatlarının təqdimetmə mərasimi İstanbulun Mask-Kara Teatrının "Tamer Levent" səhnəsində keçirilib.

Qeyd edək ki, mükafatlar Beynəlxalq Anadolu Teatr Mükafatları jürisi tərəfindən ölkədaxili və xarici teatr fəaliyyətlərinin dəyərləndirməsi əsasında, 2024-2025-ci teatr mövsümündə incəsənətin bu növünə töhfə verən şəxslər, qurumlara və təşkilatlara verilib.


Etiketlər:  Fəxrəddin Manafov Türkiyədə mükafat aldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ