Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hava şəraiti ilə bağlı yollarda sürət həddi endirilib

Hava şəraiti ilə bağlı yollarda sürət həddi endirilib

Tarix: 8 Dekabr 2019 19:44

Bakı. Trend:

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildiriblər.

Qeyd edilir ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. Hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmaları, sürücülərdən yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş edilir.


Etiketlər:  Hava şəraiti ilə bağlı yollarda sürət həddi endirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ