Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2025 17:10
Çində qız anasının 140 min dollar dəyərində zinət əşyalarını oğurlayıb və sırğa almaq üçün onu cəmi 8 dollara satıb.
Sonxeber.net bildirir ki, qızın anası qızıl-zinət əşyalarının yoxa çıxması barədə polisə müraciət edib. Qadının dediyinə görə, oğurlanan əşyalar arasında nefrit bilərziklər, boyunbağılar və digər qiymətli əşyalar da olub. Lakin qızı onların əsl dəyərini bilməyərək saxta olduğunu düşünüb və mağazaya satıb.
"Ona pulun nə üçün lazım olduğunu soruşdum və o, kiminsə çox bəyəndiyi dodaq pirsinq etdirdiyini gördüyünü söylədi. O, özünə sırğalar da almaq istəyirdi", - çinli qadın bildirib.
Məmurlar hadisəni tam öyrəndikdən sonra zinət əşyalarını qaytarmağa razı olan mağaza sahibi ilə əlaqə saxlayıb.
Hadisə yerli sosial şəbəkələrdə geniş rezonans doğurub. Bir çox istifadəçi anaya rəğbətini ifadə etsə də, bəziləri uşağın müdafiəsinə qalxıb. /Lent.az