Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Finlandiya sənayesi tətilə başlayır

Finlandiya sənayesi tətilə başlayır

Tarix: 9 Dekabr 2019 03:44

Bakı. Trend:

Finlandiyada sənayesinin texnoloji, kimya və ağac emalı sahələrində 100 min işçinin iştirakı ilə iri miqyaslı tətillər başlayıb.

Trend-in məlumatına görə, bunu əmək mübahisəlri üzrə dövlət vasitəçisi Vuokko Piekkala xəbər verib.

Sənaye həmkarlar ittifaqi (Teollisuusliitto) dekabrın 9-dan 11-dək, xüsusilə, Porvoo və Naantalidəki "Neste" korporasiyasına məxsus neftayırma zavodlarını bağlayacaq olan tətil xəbərdarlığını bəyan edib.

Hal hazırda danışıqlar aparan Texnoloji Sənaye Assosiasiyası və Sənaye İttifaqı bu sahədə maaşların artırılması ilə bağlı razılıq əldə etməyiblər. İşə götürənlər əmək haqqını 0,5% artırmağa hazır olduqlarını, işçilər isə 2,5-3% artım tələb etmələrini bildirirlər.

Piekkala deyib: "Əmək haqqının artırılması istisna olmaqla, bütün digər məqamlarda razılıq əldə olunub. Son məsələdə tərəflərin fikirləri çox fərqlidir".

Tətildə texnoloji, ağac emalı, neft emalı və kimya sənayesi işçiləri iştirak edəcəkdir.

"Neste" daha əvvəl mətbuat şərhində tətilin "ölkə miqyasında Fin cəmiyyətinə böyük təsir göstərəcəyini" bildirib.

Finlandiyanın STT agentliyinə görə, iqtisadi itkilər 400 milyon avro təşkil edəcək.


Etiketlər:  Finlandiya sənayesi tətilə başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ