Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2025 16:30
"Qorxmaz Əlilicanzadə ilə aramızda yaşanan hadisə 30 ilə söykənir. Bu məsələ yenidən Elgiz Əkbərin verilişində gündəmə gəldi. Elgiz Qorxmaz bəydən soruşdu ki, İzzət verilişə gəlsə... O da kübarcasına sakit durub, cavab vermədi".
Sonxeber.net xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov "Özəl" verilişində deyib. Sənətçi Əməkdar artist Qorxmaz Əlilicanzadənin onun haqqında dediklərinə münasibət bildirib:
"Bundan sonra o başqa verilişdə haqqımda başqa sözlər dedi. Başqa verilişlərdə Qorxmaz Əlilicanzadədən rahat danışıram, çünki "7/17" müsabiqəsi bitəndən və 18 yaşımdan sonra o layihədən ayrıldım, gəldim Qorxmaz bəyin rəhbərlik etdiyi estrada teatrına. Orada da illərlə çalışmışam. Həmçinin ora bir neçə həmkarımı da işləməyə çağırmışam. Biz o teatrla Azərbaycanı qarış-qarış gəzib, konsertlər vermişik. Əslində televiziyaya "şou" sözünü Qorxmaz Əlilicanzadə gətirib".
Qeyd edək ki, Q.Əlilicanzadə illərdir İ.Bağırovla küsülüdür. /Axşam.az