Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İngiltərə nəhəngi 16 yaşlı qazaxıstanlı futbolçu aldı

İngiltərə nəhəngi 16 yaşlı qazaxıstanlı futbolçu aldı

Tarix: 11 Fevral 2025 18:08

Qazaxıstanın "Kayrat" klubu komandanın 16 yaşlı hücumçusu Dastan Satpayevin İngiltərə təmsilçisi "Çelsi"yə transfer olunduğunu açıqlayıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Satpayev 2026-cı ilin yayında yetkinlik yaşına çatdıqdan sonra London klubunun sıralarına qoşulacaq.

Həmin vaxta qədər gənc forvard "Kayrat"da çıxışını davam etdirəcək.

2024-cü ilin mayında Satpayev 15 yaşında "Kayrat"ın əsas komandasında debüt edib və klub tarixinin ən gənc oyunçusu olub. Ötən mövsüm o, 5 oyun keçirib və bir qol vurub.


Etiketlər:  İngiltərə nəhəngi yaşlı qazaxıstanlı futbolçu aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ