Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Liverpul”un tarixində ilk - tam əcnəbi heyətlə meydana çıxdı

“Liverpul”un tarixində ilk - tam əcnəbi heyətlə meydana çıxdı

Tarix: 13 Fevral 2025 07:50

"Liverpul" tarixində ilk dəfə start heyətində bir nəfər də olsun ingilis futbolçu olmadan meydana çıxıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu, İngiltərə Premyer Liqasında "Everton"la XV turdan təxirə salınmış matçda baş verib.

Sözügedən görüşdə "qırmızılar"ın start heyətində 9 ölkədən futbolçular yer alıb.

Niderland: Van Deyk, Qakpo, Qravenberx

Fransa: Konate

Macarıstan: Soboslai

Şotlandiya: Robertson

Şimali İrlandiya: Bredli

Misir: Salah

Braziliya: Alisson

Argentina: Makallister

Kolumbiya: Dias

Qeyd edək ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə bitib.


Etiketlər:  Liverpulun tarixində əcnəbi heyətlə meydana çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ