Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Tottenhem''də bir dövrün sonu

''Tottenhem''də bir dövrün sonu

Tarix: 13 Fevral 2025 19:06

"Tottenhem"in kapitanı Son Hın Min komandadan ayrılacaq.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, London klubu cənubi koreyalı vingerlə yollarını ayırmağı planlaşdırır.

Klub rəhbərliyi mövsümün sonunda 32 yaşlı futbolçu üçün gələn təklifləri dəyərləndirəcək. Təcrübəli oyunçunun yeni mövsümə başqa klubda başlayacağı gözlənilir.

Qeyd edək ki, "Tottenhem" Son Hın Mini 2015-ci ilin avqust ayında "Bayer Leverkuzen"dən transfer edib. Cənubi Koreya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda on qol və səkkiz məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.


Etiketlər:  Tottenhemdə dövrün sonu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ