Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2025 09:03
Almaniyanın xarici işlər naziri Annalena Berbok Münhen Təhlükəsizlik Konfransında çıxış edərək, ölkənin ən böyük düşmənini açıqlayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Tagesspiegel" qəzeti məlumat yayıb.
Məlumata görə, Berbok ABŞ vitse-prezidenti Ceyms Vensin bəyanatına cavab olaraq deyib:
"Bizim ən böyük düşmənimiz Putin Rusiyasıdır. Çünki o, Avropada sülhə müharibə elan edib".
Berbok əlavə edib ki, siyasətçi kimi o, Avropa demokratiyasını xarici və daxili düşmənlərdən qorumaq vədini verib. Onun fikrincə, Avropada əminamanlıq olmadan uzunmüddətli qlobal sülh ola bilməz.
Xatırladaq ki, ABŞ vitse-prezidenti Ceyms Vens 14 fevralda Münhen Təhlükəsizlik Konfransında çıxış edərək bildirib ki, Avropanın ən böyük düşməni nə Rusiya, nə də Çindir. Onun sözlərinə görə, ABŞ-nin demokratik dəyərlərini bölüşməyən Avropa demokratiyasının ən böyük düşməni Avropanın öz daxilindədir.