Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2025 17:56
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandanın üç əsas futbolçusu ilə birdən-birə yollarını ayırmaq qərarına gəlib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, mütəxəssis klubda genişmiqyaslı dəyişiklik planlaşdırır. Qvardiola Kevin de Bruyne, Bernardo Silva və İlkay Gündoğanın satışlarının bu prosesi sürətləndirməyə kömək edəcəyinə inanır.
Hətta komandanın digər üzvü Fil Fodenin də gələcəyi sual altındadır. Onunla "Real" və "Bavariya" maraqlanır. 150 milyon avroluq təklif onun "şəhərlilər"lə vidalaşmağına səbəb ola bilər.
Xatırladaq ki, Qvardiola bu yaxınlarda klubda davam edən böhrana baxmayaraq, "Mançester Siti" ilə müqaviləsini uzadıb. Hazırda onun komandası Premyer Liqada lider "Liverpul"dan 16 xal geri qalaraq dördüncü pillədə qərarlaşır.