Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2025 20:36
Niyə məşhur pəhrizlər yalnız müvəqqəti nəticə verir və çəki daha da artıq şəkildə geri qayıdır?
Cavab sadədir: arıqlama sənayesinə sərf edən miflərə əsaslanan üsullar çoxluq təşkil edir.
Sonxeber.net lent.az-a istinadən bununla bağlı məlumatları təqdim edir:
1-ci mif: "Az yesən, daha arıq olarsan"
Çox sərt məhdudiyyətlər maddələr mübadiləsini zəiflədir. Bədən "qənaət rejiminə" keçir və hər qramı ehtiyatda saxlamağa başlayır. Bu, arıqlamaq əvəzinə daha da çəki artımına gətirib çıxara bilər.
2-ci mif: "Yağlar bədən üçün təhlükəlidir"
Əslində, Omega-3 və Omega-6 yağ turşuları piylərin parçalanmasını sürətləndirir. Bu yağların çatışmazlığı isə hormonların (o cümlədən əzələ tonusuna cavabdeh olan testosteronun) istehsalını poza bilər.
3-cü mif: "Superqidalar piyləri əridir"
Goji giləmeyvəsi, spirulina kimi məhsullar kalori defisitini əvəz edə bilməz. Bunlar daha çox marketinq hiylələridir, elm deyil. Arıqlamaq üçün əsas prinsip - qəbul edilən enerjinin sərf ediləndən az olmasıdır.
4-cü mif: "Yerində yağ yandırmaq mümkündür"
Əzələ məşqləri qarındakı piyləri təkbaşına yox etmir. Qarın piylərindən qurtulmaq üçün ümumi bədən piyinin qadınlarda 25, kişilərdə isə 15 faizdən aşağı salınması vacibdir.
5-ci mif: "Detoks çayları orqanizmi təmizləyir"
Əslində, detoks çayları bədəndən yalnız suyu çıxarır və bağırsaq mikroflorasını poza bilər. Bu da maddələr mübadiləsini zəiflədərək arıqlama prosesini çətinləşdirir.
Bəs əvəzində nə etməli? - Sistemli yanaşma
Kalori ehtiyacınızı hesablayın və gündəlik normadan 15-20 faiz az qəbul edin.
BJU (zülal-yağ-karbohidrat) balansını qoruyun - 30/30/40 nisbətində:
Zülal (1.5-2 qram/kq bədən çəkisinə görə) - əzələlərin qorunmasını təmin edir.
Yağlar (qoz-fındıq, avokado) - hormon balansını saxlayır.
Mürəkkəb karbohidratlar (qarabaşaq, kinoa) - enerji verir.
Sevdiyiniz fiziki fəaliyyəti seçin: rəqs, üzgüçülük, yürüş - idman məcburiyyət yox, həzz mənbəyi olmalıdır. Həftədə bir dəfə sevdiyiniz yeməkləri yeyin - bu, pəhrizdən çıxmaların qarşısını alır.
Stresi idarə edin: Kortizol hormonu piylərin parçalanmasını əngəlləyir. Meditasiya, hobbilər və istirahət arıqlama prosesində əsas rol oynayır.
Unutmayın: Arıqlamaq yalnız pəhriz deyil - bu, balanslı həyat tərzidir.