Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2025 23:50
Müğənni Xuraman Şuşalı həyat yoldaşı Elçin Məmmədovdan gileylənib.
Sonxeber.net xəbər verir kio, bu barədə ifaçı sosial media hesabında paylaşım edib. Xuraman gecə saat 3-də sevgilisi üçün yolda qarın üstünə "səni sevirəm" sözlərinin yazan şəxsin görüntülərini yayımlayıb. Müğənni bu hərəkəti həyat yoldaşında gözləsə də onun bunu etməyəcəyini bildirib:
"Elçin həyətə düşüb. Deyirəm, bəlkə gedib orada yazar ki, səni sevirəm. Gözləməyin, bizdə yazmağa yer yoxdur, yoxsa yazardı, "inanıram". Bu adamda bir qram romantika yoxdur. Nə deyək, daha gecdir. Bu qədər romantika onda çətin olsun. Damın başında əslində yaza bilərdi, orada qar var. Amma ora kimdir çıxan. Yenə subay vaxtları olsaydı, dirəşib yazdırardım ona".
Qeyd edək ki, cütlüyün 4 övladı var. (Axşam.az)