Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zaur ad gününü onlarla keçirtdi - VİDEO

Zaur ad gününü onlarla keçirtdi - VİDEO

Tarix: 28 Fevral 2025 13:30

Aparıcı Zaur Baxşəliyevin 44 yaşı tamam olub. 

Sonxeber.net.xəbər verir ki, Zaur ad gününü valideyn himayəsindən məhrum olan uşaqlarla keçirtməyi seçib.

O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Aparıcı paylaşımına bu sözləri yazıb:

"Ənənəmizə sadiq qalıb budəfəki doğum gününü Azərbaycan Uşaqları İctimai Birıiyində qeyd etdik. Ad günümdə hədiyyə almaqdan çox, hədiyyə verməyi sevirəm. Heç vaxt kəhkəşanlı doğum günü partisi etmədim, sevmirəm də, edə bilmərəm də . Səbəblər onsuz bəllidir. Ürəkləri nə istədi aldıq götürdük, bir gözəl məqam da orda yerində yaşandı. Gözəl Səma qızımız nişanlanıb, toyu olacaq . Söz verdim ki, Allah qismət etsin, bu toyu biz edək. Bax belə, bu da mənim doğum günüm. Sevdim bu doğum günümü".

Qeyd edək ki, Zaur ad gününün 26 fevral Xocalı soyqırımı tarixi ilə üst-üstə düşdüyü üçün heç vaxt qeyd etmədiyini deyib. 


Etiketlər:  Zaur gününü onlarla keçirtdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ