Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2025 18:40
Cari ilin yanvar ayında Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 17.75% təşkil edib.
Sonxeber.net Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, manatla yeni verilmiş kreditlərin orta faiz dərəcələri əvvəlki ayla müqayisədə 1.19 faiz bəndi, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 1.75 faiz bəndi artıb.
Qeyd edək ki, cari ilin fevral ayının 1-nə Azərbaycanda bankların kredit portfelinin həcmi 27 milyard 514.7 milyon manata bərabər olub. Kredit portfelinin 14 milyard 709.9 milyon manatı biznes kreditləri, 8 milyard 551.7 milyon manatı istehlak kreditləri, 4 milyard 253.1 milyon manatı isə ipoteka kreditləri təşkil edib.