Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan boksçuları Dünya Kuboku statuslu yarışda iştirak edəcəklər

Azərbaycan boksçuları Dünya Kuboku statuslu yarışda iştirak edəcəklər

Tarix: 1 Mart 2025 19:58

Martın 3-də Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya Kuboku statuslu "Adriatik incisi" beynəlxalq turniri keçiriləcək.

Sonxeber.net Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, yarışda Azərbaycan millisi həm oğlanların, həm də qızların mübarizəsində təmsil olunacaq.

Yığmanın baş məşqçisi Elbrus Rzayevlə Ceyhun Abiyev turnirdə Bilalhəbaşi Nəzərov (51 kiloqram), Zidan Hümbətov (54 kiloqram) və Məhəmməd Cəfərova (+92 kiloqram) şans verəcək.

Qız boksçuların mübarizəsində isə məşqçi Anar Baxışovun rəhbərliyi altında Banuçiçək Nəsirli (48 kiloqram), Cəmilə Sultanlı (50 kiloqram), Özləm Həsənova (66 kiloqram) və İlkanə Əhmədova (+81 kiloqram) rinqə çıxacaq.

"Adriatik incisi"ndə Fərhad Rəhmanov hakimlər sırasında yer alacaq.

Qeyd edək ki, yarışa martın 2-də yollanacaq komanda ayın 10-da Bakıya dönəcək.


Etiketlər:  Azərbaycan boksçuları Dünya Kuboku statuslu yarışda iştirak edəcəklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ