Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Yazırlar ki, qocalmısan” - Xoşqədəm

“Yazırlar ki, qocalmısan” - Xoşqədəm

Tarix: 2 Mart 2025 06:35

"Bəzən "Instagram"da, "TikTok"da canlı yayım açıram. Mənə orada yazırlar ki, qocalmısan. Oxuyuram, gülmək məni tutur. Onlar mənə "qocalmısan" deməklə öz aləmindən düşünürlər ki, bundan mən depressiyaya düşəcəyəm".

Sonxeber.net xəbər verir ki, bu sözləri Xoşqədəm Hidayətqızı aparıcısı olduğu "Günaydın, Azərbaycan!" verilişində deyib.

Televiziya ulduzu bildirib ki, yaşının üstünə yaş gəlsə də belə bunu özünə dərd etmir:

"Mən dünyanın ən xoşbəxt insanıyam. Allah mənə hər il ömrümün üstünə daha bir il gəlməsinə icazə verir. Sağlam ömür... Sevdiklərim yanımdadır. Zaman yetişəcək mən də qocalacağam. Müdrükləşdikcə də Allahıma şükür edirəm. Yaşımın üstünə yaş gəldikcə də sevinirəm". (olay)


Etiketlər:  Yazırlar qocalmısan Xoşqədəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ