Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Putini dayandırmasaq, bu 2 ölkəyə hücum edəcək''

''Putini dayandırmasaq, bu 2 ölkəyə hücum edəcək''

Tarix: 2 Mart 2025 15:54

"Putini dayandırmalıyıq, əks halda özü dayanmayacaq".

Sonxeber.net xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

"Növbəti Moldova, daha sonra isə Rumıniya olacaq. Rusiya həddən artıq silahlanmış və aqressiv dövlətdir. O, Avropada olduğu kimi, Fransada da genişmiqyaslı terror aktları, kampaniyalar həyata keçirir. Ortada olan bizim təhlükəsizliyimizdir.

Əgər kimsə Üçüncü Dünya müharibəsinə aparırsa, bu, Putindir. Məhz o, 3 il əvvəl aqressiyanı başlatdı. Kreml Avropaya 10 min Şimali Koreya əsgəri gətirib. O, İrandan PUA-lar istəyir, nüvə proqramının inkişafına kömək edir ki, Avropa qitəsində müharibəni genişləndirsin", - Makron bildirib. /Globalinfo.az


Etiketlər:  Putini dayandırmasaq ölkəyə hücum edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ