Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ancelina kişilərin üstündən xətt çəkib

Ancelina kişilərin üstündən xətt çəkib

Tarix: 3 Mart 2025 08:30

Aktrisa Ancelina Coli Bred Pittlə boşandıqdan sonra kişilərə etibar etmir.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "US Magazine" öz mənbələrinə istinadla xəbər verir.

"O, Bredlə yaşadıqlarından sonra kişilərə güvənməkdə çətinlik çəkir. Ancelina Bredlə olan münasibətindən aldığı travmanı heç vaxt tam şəkildə aşa bilməyəcəyini düşünür. Lakin o, özünü yarım hiss etmir, övladlarından və həyatından razıdır", - deyə nəşrin insayderi bildirib.

Qeyd edək ki, Ancelina Coli və Bred Pittin altı övladı var: oğulları Maddoks Şivan, Paks Tiyen, Noks Leon, qızları isə Zaxara Marli, Şaylo Nuvel və Vivyen Marşelindir.

Ötən ilin dekabrın 31-də aktyorların boşanma prosesini başa çatdırmaq barədə razılığa gəldikləri məlum oldu.


Etiketlər:  Ancelina kişilərin üstündən xətt çəkib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ