Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2025 16:35
Moskvanın Savelovski Rayon Məhkəməsi bloqer Yelena Blinovskayanı 5 il müddətinə azadlıqdan məhrum edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, 43 yaşlı bloqer xüsusilə külli miqdarda vergidən yayınmaqda və vəsaitlərin leqallaşdırılmasında təqsirli bilinib.
O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Xatırladaq ki, Yelena Blinovskaya 905 milyon rubl həcmində vergidən yayınmaqda, eləcə də ödənilməmiş vergilərin böyük bir hissəsinin leqallaşdırılmasında ittiham edilirdi. O, 2023-cü ilin aprelindən ev həbsində olsa da, 2024-cü ilin yanvarında hökmün şərtlərini pozduğuna görə həbs edilib.
İstintaq Komitəsinin versiyasına görə, Aleksey Blinovski həyat yoldaşı Yelena ilə bu məsələdə əlbir olub. Buna baxmayaraq, o, xüsusi hərbi əməliyyatda iştirak etdiyindən ona qarşı istintaq dayandırılıb.