Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2025 17:48
"Neftçi" qış transferi pəncərəsində "Sumqayıt"la yollarını ayıran Cordan Rezabalanı yayda heyətinə qatacaq.
Sonxeber.net "Sportinfo"ya istinadən xəbər verir ki, hazırda karyerasını Meksikanın II Liqa təmsilçisi "Dorados de Sinaloa"da davam etdirən futbolçu yayda yenidən Azərbaycana qayıdacaq.
Cordan Rezabala "Neftçi" ilə səkkiz min dollarlıq maaş müqabilində razılaşıb.
Qeyd edək ki, Cordan Rezabala 2024-cü ilin fevralından ötən aya qədər "Sumqayıt"ın formasını geyinib. Həmin müddətdə keçirdiyi 20 rəsmi matçda üç qol və üç asistlə yadda qalıb.