Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2025 10:56
"Mançester Yunayted" baş məşqçi Ruben Amorimin planlarına daxil olmayan futbolçuları müəyyənləşdirib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, mankunianlılar ən azı 6 futbolçunu satmaq niyyətindədirlər. Həmin siyahıdakı adlar arasında Markus Reşford və Entoni də var.
Amorim həmçinin Kristian Eriksen, Kazemiro, Ceydon Sanço və Tayrell Malasiyanın da komandada qalmasını istəmir.
"Qırmızı şeytanlar" transfer bazarındakı mövqelərini yaxşılaşdırmaq üçün futbolçu satışlarından kifayət qədər pul toplamağa ümid edir.