Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2025 20:03
Ukrayna Prezidenti Volodimir Zelenski "Şevçenko mükafatı"nın təqdimat mərasimində çıxış edərkən tədbirə kostyumsuz gəldiyinə görə üzr istəyib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, video dövlət başçısının ofisi tərəfindən sosial şəbəkələrdə yayımlanıb.
"Bir daha bütün ukraynalı yaradıcılara çox təşəkkür edirəm. Kostyum geyinmədiyim üçün üzr istəyirəm", - Zelenski gülümsəyərək deyib.
Bundan sonra zalda alqış sədaları səslənib.
Qeyd edək ki, Zelenskinin ötən ay Ağ Evdə ABŞ lideri Donald Trampla danışıqlara geyindiyi geyim müzakirələrə səbəb olmuşdu. Belə ki, Ukrayna lideri görüşə kostyumla deyil, adi geyimdə gedib. Oval kabinetdə keçirilən görüşdə jurnalist Brayan Qlenn Ukrayna rəhbərindən kostyumunun olub-olmadığını soruşub. Qlenn daha sonra Zelenskiyə verdiyi bu suala görə minlərlə təhdid aldığını bildirib.