Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2019 21:12
"Napoli"nin baş məşqçisi Karlo Ançelotti istefaya göndəriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Qol.az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, o, istənilən qərara hazır olduğunu deyib: "Məni hal-hazırda ancaq Çempionlar Liqasında "Genk"lə oyun maraqlandırır. Biz hər gün prezidentlə görüşürük, yaranmış vəziyyəti müzakirə edirik. "Udineze" ilə matçdan sonra da söhbətimiz oldu, amma istefa ilə bağlı deyildi. Bu, məni az narahat edir, çünki çamadanlarımı artıq yığmışam. Verilən heç bir qərar mənim üçün gözlənilməz olmayacaq".
Qeyd edək ki, "Napoli" "Genk”lə görüşdə Çempionlar Liqasının pley-offuna vəsiqə qazana bilməyəcəyi təqdirdə, Ançelottinin komandadan göndəriləcəyi gözlənilir.