Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2025 22:36
"Meta" şirkəti "WhatsApp"da istifadəçi məxfiliyini gücləndirmək məqsədilə yeni təhlükəsizlik sistemi tətbiq edir.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, yeniliyə əsasən, istifadəçilərə ardıcıl olaraq cavab almadan mesaj göndərən şəxslər və şirkətlər müəyyən məhdudiyyətlərlə üzləşəcək. Belə ki, yeni sistem spam və reklam mesajlarının qarşısını almağa yönəlib. Əgər bir şəxs və ya müəssisə istifadəçidən cavab almadan təkrar-təkrar mesaj göndərərsə, müəyyən bir mərhələdən sonra bu proses avtomatik dayandırılacaq.
Şirkət bildirib ki, bu funksiya ilk mərhələdə bir neçə ölkədə sınaqdan keçiriləcək və yalnız çoxlu sayda spam göndərən hesabları əhatə edəcək.