Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tennis hakiminə 6 illik CƏZA

Tennis hakiminə 6 illik CƏZA

Tarix: 11 Mart 2025 17:16

Dominikan Respublikasından olan tennis hakimi Xuan Qabriel Kastro Korrupsiyaya Qarşı Mübarizə Proqramını pozduğuna görə Beynəlxalq Tennis Dürüstlük Agentliyi (ITIA) tərəfindən 6 il müddətinə diskvalifikasiya edilib.

Sonxeber.net xəbər verir ki, bu barədə Tennis.com məlumat yayıb.

ITIA Dominikan Respublikasında milli səviyyədə keçirilən üç oyunda 12 pozuntu aşkar edib.

Qeyd edək ki, Xuan Qabriel Kastro 2024-cü ilin noyabrında işindən müvəqqəti uzaqlaşdırılıb. Diskvalifikasiya müddəti də bu tarixdən başlayır və 2030-cu ilin noyabrında başa çatacaq. O, cəzadan əlavə 6 min dollar cərimə ödəyəcək. /"Report"


Etiketlər:  Tennis hakiminə illik CƏZA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ