Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldunun məşhur restoranı BAĞLANDI - FOTO

Ronaldunun məşhur restoranı BAĞLANDI - FOTO

Tarix: 14 Mart 2025 20:16

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldunun dünya şöhrətli restoranı bağlanıb.

Sonxeber.net xəbər verir ki, 40 yaşlı futbolçu İspaniyanın paytaxtı Madriddə yerləşən "Toto" restoranının açılışını 2022-ci ildə məşhur tennisçi Rafael Nadalla birgə etmişdi.

İaşə obyekti adıçəkilən idmançılarla yanaşı, ispaniyalı basketbol ulduzları Rudi Fernandes və Pau Qasolun də səhmlərinə sahib olduğu Tatel Group şirkətinə daxil idi.

Madridin mərkəzində yerləşən restoranda İtaliya mətbəxinin təamlarını dadmaq mümkün idi. Burada xüsusilə karbonara pastası sevilirdi. Vera Carbonara de Tato adlı təam eksklüziv reseptlə hazırlanırdı və turistlər arasında çox populyar idi.

"Toto"nun 3 ildən sonra gözlənilmədən bağlanmasının səbəbləri açıqlanmır. Buna baxmayaraq, Birləşmiş Ərəb Əmirliklərinin Dubay və Əbu-Dabi şəhərlərində yerləşən eyniadlı restoranlar fəaliyyətlərini davam etdirirlər.   /Offsideplus.az


Etiketlər:  Ronaldunun məşhur restoranı BAĞLANDI FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ