Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sabah'' - ''Zirə'' oyununda qalib müəyyənləşmədi

''Sabah'' - ''Zirə'' oyununda qalib müəyyənləşmədi

Tarix: 15 Mart 2025 21:42

Futbol üzrə Misli Premyer Liqasının XXVII turunun "Sabah" - "Zirə" oyununda qalib müəyyənləşməyib.

Sonxeber.net-ın məlumatına görə, "Bank Respublika Arena"da keçirilən oyunda tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Meydan sahiblərinin heyətində 34-cü dəqiqədə Cesse Sekidika hesabı açıb. Bərabərlik qolunu isə 63-cü dəqiqədə David Volkov vurub.

Turnir cədvəlində "Zirə" 52 xalla ikinci, "Sabah" isə 35 xalla beşincidir

Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Şamaxı" ilə (1:1), "Kəpəz" isə "Qarabağ"la (0:0) heç-heçəyə razılaşıb.


Etiketlər:  Sabah Zirə oyununda qalib müəyyənləşmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ