Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2025 12:06
"Liverpul"un müdafiəçisi və kapitanı Vircil van Deyk karyerasını MLS-də davam etdirməyə yaxındır.
Sonxeber.net xəbər verir ki, Səudiyyə Ərəbistanından gələn sərfəli təklifə baxmayaraq, o, Şimali Amerika klubunlarından birinə keçməyə meyllidir.
"Liverpul" Dortmund "Borussiya"sının 25 yaşlı mərkəz müdafiəçisi Niko Şlotterbeki van Deykin əvəzedicisi kimi nəzərdən keçirir. "Mersisaydlılar" futbolçunu 50 milyon avroya almağa ümid edirlər.
Daha əvvəl mətbuatda Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun İngiltərə təmsilçisinin kapitanına ilkin olaraq 20 milyon avrodan çox təklif etdiyi barədə məlumat yayılmışdı.
Vircil van Deyk 2018-ci ilin yanvarından "Liverpul"da çıxış edir. Bu mövsüm 33 yaşlı müdafiəçi İngiltərə klubunun heyətində bütün turnirlərdə 41 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə verib. /Yenisabah.az