Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Siz aciz yalançılarsınız, utanmalısınız...''

''Siz aciz yalançılarsınız, utanmalısınız...''

Tarix: 20 Mart 2025 10:06

Təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı səs silahı istifadə etməsi ilə bağlı məlumatlar təsdiqlənərsə, o halda istefa verəcəyəm.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

"Mən sizə indi açıq şəkildə deyirəm - əgər bizim qüvvələrimiz səs silahı, "Qasırğa" istifadə ediblərsə, necə deyirlər, onda mən artıq prezident deyiləm. Siz aciz yalançılarsınız, utanmalısınız", - deyə o bildirib.

Qeyd edək ki, səs silahının istifadəsi ilə bağlı iddianı Serbiya Baş Qərargahının sabiq rəisi və müxalifət liderlərindən biri Zdravko Ponoş irəli sürüb. İddiaya görə, 15 mart tarixində Belqradda keçirilən aksiyada polis bu cihazdan istifadə edib.


Etiketlər:  aciz yalançılarsınız utanmalısınız


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ