Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Atatürkün partiyasını oğruların ixtiyarına veriblər”

“Atatürkün partiyasını oğruların ixtiyarına veriblər”

Tarix: 23 Mart 2025 10:18

"İndiki idarəçilik dövründə CHP seçicilərinin tələblərini parlamentə daşıyan bir partiyadan çox, gözlərini pul bürüyən bələdiyyə soyğunçusunun əməllərini təmizə çıxaran aparata çevrilib".

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki,  bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin İstanbul təşkilatının iftar proqamında çıxışı zamanı deyib:

"Əvvəla, Suriyada köhnə rejimin qalıqlarının törətdiyi hadisələri bəhanə edərək ölkəmizdə məzhəb ixtilafını qızışdırmaq istəyirdilər. Allaha şükür, bir-birimizlə daha da sıx birləşməklə bu oyunu pozduq.

Millətimiz son 14 ildə olduğu kimi CHP-nin Suriyadan ölkəmizə silah gətirmək planına da uymadı, təxribatlara qapılmadı. Bu işdə uğursuzluğa düçar olanda bu dəfə bu korrupsiya əməliyyatı ilə millətimizi qızışdırmağa çalışdılar.

Nəhayət, bu gün mətbuata, yayım təşkilatlarına açıq hədə-qorxu gələrək özlərini ifşa etdilər. Onlar hətta televiziya kanallarının, media qruplarının adlarını verib, medianı hədələyiblər ki, "hamınızı izləyirik".

Ancaq onların bir özəlliyi var. Hər sözə başlayanda Atatürkün qurduğu partiya olmaqla öyünənlər sırf böyüklərinə borclarını ödəmək üçün Atatürkün partiyasını oğruların ixtiyarına veriblər".


Etiketlər:  Atatürkün partiyasını oğruların ixtiyarına veriblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ