Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2025 18:25
Maria Şrayver, 69 yaşında, yeni "Mən - Maria" adlı memuarlarında Arnold Şvarseneggerlə boşanması barədə səmimi etiraflar edib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, o, 25 illik evliliyin bitməsinin həm qəlbini, həm də ruhunu dərin şəkildə sarsıtdığını bildirib.
Bu dövrdə kədər, qarışıqlıq, qəzəb, qorxu və narahatlıq kimi bir çox müxtəlif emosiyalar yaşadığını vurğulayıb.
Maria və Arnold 1986-cı ildə evləniblər və onların dörd övladı var: Ketrin (35), Kristina (33), Patrik (31) və Kristofer (27). 2011-ci ildə Arnoldun keçmiş ev işçisi Mildred Baena ilə münasibətindən Cozef adlı bir oğlu olduğu ortaya çıxıb. Bu hadisədən sonra Maria boşanma üçün müraciət edib və proses yalnız 2021-ci ildə yekunlaşıb.