Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2019 15:57
Bakı. Trend:
Bakıda ana və azyaşlı uşaqlarını vurub qaçan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 24-də saat 22 radələrində Nərimanov rayonunun M.Nərimanov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakinləri E.Məmmədova, 5 yaşlı qızı və 4 yaşlı oğlu vurulub. Nəticədə piyadalar xəstəxanaya yerləşdiriliblər.
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2106” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini K.Quliyev müəyyən edilərək saxlanılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin