Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi'' ''Şamaxı''ya, ''Sumqayıt'' ''Araz-Naxçıvan''a qarşı

''Neftçi'' ''Şamaxı''ya, ''Sumqayıt'' ''Araz-Naxçıvan''a qarşı

Tarix: 7 Aprel 2025 09:44

Misli Premyer Liqasında 29-cu tura bu gün yekun vurulacaq.

Sonxeber.net xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.

Məlumata görə, əvvəlcə "Neftçi" "Şamaxı"nın qonağı olacaq. Komandaların ilk 3 dövrədəki oyunlarında iki heç-heçə (0:0, 2:2) qeydə alınıb. Bir oyunda isə "Neftçi" qalib gəlib - 1:0.

Günün digər matçında "Araz-Naxçıvan" "Sumqayıt"ı qəbul edəcək. Komandaların əvvəlki dövrələrdəki iki oyununda "Araz-Naxçıvan" qalib gəlib. Bir oyunda isə heç-heçə qeydə alınıb.

7 aprel (bazar ertəsi)

15:30. "Şamaxı" - "Neftçi"

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev

VAR: Rəvan Həmzəzadə

AVAR: Kamran Bayramov

Şamaxı şəhər stadionu

18:00. "Araz-Naxçıvan"- "Sumqayıt"

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov

VAR: Nicat İsmayıllı

AVAR: Cəmil Quliyev

"Liv Bona Dea Arena"


Etiketlər:  Neftçi Şamaxıya Sumqayıt Araz Naxçıvana qarşı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ