Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ançelotti və dörd futbolçusu göndərilir

Ançelotti və dörd futbolçusu göndərilir

Tarix: 9 Aprel 2025 23:38

"Real" cari mövsümün sonunda bir neçə üzvü ilə yollarını ayıracaq.

Sonxeber.net xəbər verir ki, bu barədə ispaniyalı jurnalist Roberto Qomez məlumat yayıb.

Madrid təmsilçisi ilk olaraq baş məşqçisi Karlo Ançelottini komandadan göndərəcək. Klub rəhbərliyi onu növbəti mövsüm üçün yenidən qurulacaq komandanın başında görmür.

Həmçinin xəbərdə bildirilib ki, "Real" Ançelotti ilə yanaşı, 4 futbolçu ilə də yolları ayıracaq. Bunlar Luka Modriç, Lukas Vasqez, David Alaba və Fran Qarsiyadır. 

Qeyd edək ki, "Real" ötən gecə Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Arsenal"a 0:3 hesabı ilə uduzub.  (qol.az)


Etiketlər:  Ançelotti dörd futbolçusu göndərilir


RƏYLƏR