Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

21 yaşlı futbolçu faciəli şəkildə öldü: Oyun zamanı...

21 yaşlı futbolçu faciəli şəkildə öldü: Oyun zamanı...

Tarix: 10 Aprel 2025 19:34

Perunun "Real Titan" klubunun futbolçusu Helar Qonzales Altamirano qapıçı ilə toqquşaraq faciəli şəkildə ölüb.

Sonxeber.net xəbər verir ki, hadisə Peru kuboku çərçivəsində "Defensor Nueva"ya qarşı oyunu zamanı baş verib.

7-ci dəqiqədə Qonzales Altamirano rəqib qapıçı ilə toqquşub və sonra huşunu itirib. Futbolçunu xərəkdə apararaq xəstəxanaya aparıblar və orada dünyasını dəyişib.

"Səni futbola və ailənə olan sevgin üçün xatırlayacağıq. Bizi böyük ağrı ilə tərk etdin. Bu çətin zamanda ailənizə möhkəmlik arzulayırıq. Onlar tək deyillər, çünki biz və bütün futbol ailəsi onların yanındayıq", - deyə klubdan bildirilib.


Etiketlər:  yaşlı futbolçu faciəli şəkildə öldü Oyun zamanı


RƏYLƏR