Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Vüqar Əbdülova cinayət işi açılıb''

''Vüqar Əbdülova cinayət işi açılıb''

Tarix: 22 Aprel 2025 19:40

"Şeirimin sözlərini səhv deyib: "tüpürüm sizin ağzınıza", "qazanı açdım, kəfini yedim". Mən də 102-yə zəng edib, onu polis idarəsinə gətizdirdim. Yaradıcılığımı təhqir etmişdi".

Sonxeber.net xəbər verir ki, Əməkdar artist Elza Seyidcahan onun şeirlərini ələ salan meyxanaçı Vüqar Əbdülovu polisə şikayət etməsindən danışıb:

"Ona cinayət işi açılıb. Hələ də məhkəmə davam edir. Onlar məni yox, böyüklərimi təhqir ediblər. Mən adıma, müəllimlərimə xələl gətirməmişəm. Qoymaram ki, kimsə bunu təhqir etsinlər. Qohumlarıma da demişəm ki, istəmirsinizsə, gedin deyin Elzadan imtina edirik".

Qeyd edək ki, Vüqar Elzanın şeirlərini ələ salaraq "Qazanı açdım, kəfini yedim". Bu nədir? Vallah, qaytaracaqsan" sözlərini söyləyib. (Axşam.az)


Etiketlər:  Vüqar Əbdülova cinayət işi açılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ