Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Apple” şirkəti 1992-ci ildən sonra ilk dəfə “CES” sərgisində iştirak edəcək

“Apple” şirkəti 1992-ci ildən sonra ilk dəfə “CES” sərgisində iştirak edəcək

Tarix: 11 Dekabr 2019 11:20

“Apple” şirkəti 1992-ci ildən sonra ilk dəfə hər il Las-Veqasda keçirilən və aparıcı istehlak elektronikası istehsalçılarını bir araya gətirən “CES” sərgisində iştirak edəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, “CES 2020” sərgisində yeni məhsulların nümayişini nəzərdə tutmayan şirkətin məxfilik məsələləri üzrə baş direktoru Ceyn Horvat bunun əvəzinə istifadəçilərin fərdi məlumatlarının mühafizəsinə həsr edilən “dəyirmi masa”da çıxış edəcək.

 

Bildirilir ki, müzakirələrdə, həmçinin “Facebook” şirkətinin məxfilik üzrə vitse-prezidenti Erin İqan, “Procter & Gamble” şirkətinin qlobal məxfilik üzrə mütəxəssisi Süzan Şuk və ABŞ Ticarət Komissiyasının (FTC) komissarı Rebekka Sloter iştirak edəcəklər.

 

“Dəyirmi masa” iştirakçılarının məxfilik, o cümlədən məxfiliyin lazımi səviyyədə təmini, dövlət tənzimləməsi və məxfilik proqram təminatlarının istehlakçılara təsiri ilə bağlı məsələləri müzakirə edəcəyi nəzərdə tutulur.

 

“Apple” 1992-ci ildə o zaman şirkətin baş direktoru vəzifəsini tutan Con Skallinin timsalında “CES” sərgisində “Newton” mini-kompüterini nümayiş etdirib. Şirkət 2019-cu ildə sərginin keçirildiyi yerin yaxınlığında məxfilik məsələlərinə həsr edilən reklam şiti yerləşdirib. Onun üzərində “Sizin “iPhone” modelinizdə baş verənlər, “iPhone”da qalır” ifadəsi yazılıb.

 

Nizam Nuriyev




Etiketlər:  Apple şirkəti 1992 ci ildən sonra ilk dəfə CES sərgisində iştirak edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ