Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2025 09:40
Tele-aparıcı Elgiz Əkbər açıqlaması ilə diqqət çəkib.
Sonxeber.net xəbər verir ki, gənc ifaçılara səslənən aparıcı verilişində özünü reklam etmək istəyənlərin pul verməli olduğunu deyib.
O, yeni işini efirində təqdim etmək istəyənlərə mesaj göndərib:
"Bütün kanallarda kassa var. Özəl televiziyadır. Kimsə öz məhsulunu reklam etmək sitəyirsə, pul ödəsin. Müğənninin məhsulu mahnıdır. Təqdim edib, özünü reklam edib pul qazanmaqdır. Biz hamını pulsuz reklam edək, ayın sonu barmaq dişləyək? Kim özünü, məhsulunu reklam etmək istəyirsə, pulunu ödəsin".
Musa