Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Basketbol üzrə Azərbaycan millisi Ermənistanla qarşılaşacaq

Basketbol üzrə Azərbaycan millisi Ermənistanla qarşılaşacaq

Tarix: 11 Dekabr 2019 16:12

Bakı. Trend:

Kişilərdən ibarət basketbol üzrə Azərbaycan yığmasının 2020-ci ildə keçiriləcək Avropa çempionatındakı rəqibləri bəlli olub.

Trend-in məlumatına görə, Almaniyada atılan püşkdə millimizin kiçik ölkələrin yer aldığı səbətdə mübarizə aparacağı müəyyənləşib.

Milli komandamız Ermənistan, İrlandiya və Andorra ilə B qrupunda mübarizə aparacaq.

Turnir 2020-ci il iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçiriləcək.


Etiketlər:  Basketbol üzrə Azərbaycan millisi Ermənistanla qarşılaşacaq


RƏYLƏR