Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2025 14:39
ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenski ilə apardığı danışıqlardan sonra Ukraynaya "Patriot" hava hücumundan müdafiə raketlərinin tədarükünü bərpa etməyə hazır ola bilər.
Milli.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məqalədə qeyd olunur ki, Tramp hazırda müsbət əhval-ruhiyyədədir və Ukraynanın Rusiyanın artan hücumlarına qarşı özünü müdafiə edə bilməsi üçün dayandırılmış hərbi yardım məsələsinə yenidən baxmağa razıdır.
Kiyev isə ABŞ-ın daha öncə "resurs çatışmazlığı" səbəbilə təxirə saldığı bu dəstəyin tezliklə bərpa olunacağına ümid edir.
Xatırladaq ki, Pentaqon bir müddət əvvəl Ukraynaya zenit raketləri və digər yüksək dəqiqlikli silahların tədarükünü müvəqqəti olaraq dayandırmışdı.