Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Osimhenlə razılıq əldə edildi

Osimhenlə razılıq əldə edildi

Tarix: 7 Iyul 2025 21:20

"Qalatasaray" Viktor Osimhenlə razılığa gəlib.

Sonxeber.net xəbər verir ki, "sarı-qırmızılar" nigeriyalı hücumçu ilə 3 illik müqavilə imzalayacaq. Hazırda tərəflər arasında sözləşmənin daha bir il artırılıb, artırılmamağı barədə danışıqlar gedir.

Bu barədə insayder Yağız Sabuncuoğlu və İtaliya mətbuatı məlumat yayıb.

"Qalatasaray" keçidi tamamlamaq üçün "Napoli" ilə müzakirələr aparır. Onların ilk təklifi 50+5 milyon avro olub. Neapol təmsilçisi bunu qəbul etməyib. Klublar arasında danışıqlar davam edəcək.

"Yuventus" da Osimhenin durumunu yaxından təqib edirdi. Lakin nigeriyalı onların təklifini qəbul etməyib.

"Əl-Hilal" ona illik 40 milyon avro məvacib və "Napoli"nin istədiyi 75 milyonu ödəməyə hazır idi. Lakin Osimhen Səudiyyə Ərəbistan transfer olmaq istəməyib.

 


Etiketlər:  Osimhenlə razılıq əldə edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ