Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazaxıstan XTQ mənsubları Azərbaycan istehsalı olan zərbə dronları barədə məlumatlandırılıb

Qazaxıstan XTQ mənsubları Azərbaycan istehsalı olan zərbə dronları barədə məlumatlandırılıb

Tarix: 17 Iyul 2025 17:51

Azərbaycan və Qazaxıstan respublikaları müdafiə nazirliklərinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) nümayəndə heyəti arasında döyüş təcrübəsi mübadiləsi məqsədilə görüş keçirilib.

Bu barədə Sonxeber.net-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ölkəmizdə keçirilən görüşdə şərti düşmənlə əməliyyatlara cəlb olunmuş bölmələrin silah-sursatı, təchizatı, təşkilatlanması, bölmələrin tətbiq qaydaları və onların təkmilləşdirilməsi məsələləri üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində qonaqlar Azərbaycan istehsalı olan zərbə dronları barədə məlumatlandırılıb.

Sonra Ümumqoşun Təlim Meydanında qeyd olunmuş mövzu üzrə nümayiş məşqində silah və təchizatın döyüş tətbiqi, bölmələrin taktiki fəaliyyətləri izlənilib.

Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.


Etiketlər:  Qazaxıstan mənsubları Azərbaycan istehsalı olan zərbə dronları barədə məlumatlandırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ