Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış şair vəfat etdi

Tanınmış şair vəfat etdi

Tarix: 19 Iyul 2025 13:04

Tanınmış şair-publisist Soltan Abbas 92 yaşında vəfat edib.

Sonxeber.net xəbər verir ki, bu gün Neftçala rayonunun Ballıca kəndində yaşadığı evdə dünyasını dəyişən mərhum kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Soltan İsrafil oğlu Abbasov 1933-cü il yanvarın 7-də anadan olub. Bədii yaradıcılığa 1960-cı ildən başlayıb. 1985-ci ildən Azərbaycan yazıçılar Birliyinin üzvü olan Soltan Abbas "Damcı", "Mənə çox öyrəşmə", "Tut ağacı", "Yollar-ömür yolum", "Səyyah etdi söz məni", "Nakam ömrün yaşıl anları", "Ömrü yaşadan sözlər" və s. kitabların müəllifidir.

1994-cü ildə "Məmməd Araz" ali ədəbi mükafatına layiq görülüb. /report


Etiketlər:  Tanınmış şair vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ