Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident Sabirabadda yol təmirinə 2,1 milyon manat ayırdı

Prezident Sabirabadda yol təmirinə 2,1 milyon manat ayırdı

Tarix: 22 Iyul 2025 13:16

Prezident İlham Əliyev "Sabirabad rayonunun Hacıqabul-Bəhrəmtəpə-Mincivan (10 km)-Sabirabad avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncama əsasən, 61 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 2,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.


Etiketlər:  Prezident Sabirabadda təmirinə milyon manat ayırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ