Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qalatasaray''ın yeni kapitanı bəlli oldu

''Qalatasaray''ın yeni kapitanı bəlli oldu

Tarix: 22 Iyul 2025 16:16

"Qalatasaray" futbol klubunda kapitanlıq dəyişikliyi baş verib. Uzun illər komandanın simasına çevrilmiş Fernando Musleranın ayrılmasından sonra yeni liderin kim olacağı sual doğururdu. Klub rəhbərliyi bu vəzifəyə argentinalı hücumçu Mauro İkardini təyin edib.

Sonxeber.net xəbər verir ki, baş məşqçi Okan Buruk bu dəyişikliklə bağlı mətbuata açıqlama verib. O bildirib ki, İkardi artıq komanda ilə məşqlərə başlayıb və yüksək motivasiya nümayiş etdirir:
"İkardi komandanın içində zarafatcıl və pozitiv bir atmosfer yaradır. Lider kimi davranışı, oyunçulara yanaşması və meydandakı enerjisi ilə əsl kapitan obrazını canlandırır," - deyə Buruk qeyd edib.

Fernando Muslera uzun illər "Qalatasaray"ın uğurlarında önəmli rol oynayıb və azarkeşlərin sevimlisinə çevrilmişdi. Onun gedişi yeni bir dövrün başlanğıcı hesab olunur. Klub İkardinin kapitanlıq vəzifəsini uğurla yerinə yetirəcəyinə inanır.


Etiketlər:  Qalatasarayın yeni kapitanı bəlli oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ