Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2025 23:20
23:05
Sumqayıtın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.
Sonxeber.net xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, 24 iyul 2025-ci il tarixində saat 10:00-dan etibarən Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində aparılan təmir işləri ilə əlaqədar qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Qazın verilişi gün ərzində bərpa olunacaq.
----------
16:56
Sabah Biləsuvar rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
Sonxeber.net xəbər verir ki, Biləsuvar şəhəri, "Təyyarə Meydanı" adlanan yaşayış massivində "Təmiz Qaz" QSC-nin xidməti tərəfindən yeraltı qaz xəttində aşkar olunan qaz sızması aradan qaldırılılacaq.
Bu məqsədlə iyulun 24-də saat 10:00-dan etibarən işlər başa çatanadək Muğan, Yuxarı Ağalı kəndləri, "Təyyarə Meydanı" yaşayış massivi və şəhərin bir hissəsində qaz təchizatının müvəqqəti olaraq dayandırılması planlaşdırılır. Qeyd olunan tədbirlər çərçivəsində ümumilikdə 3 yaşayış məntəqəsi üzrə 1 050 abonentin qaz təminatında fasilə yaranacaq.