Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mətbuat Şurasının Yunus Oğuza 65 illik yubiley təbriki

Mətbuat Şurasının Yunus Oğuza 65 illik yubiley təbriki

Tarix: 22 Iyul 2025 17:48

Bu gün "Olaylar" qəzetinin və eyni adlı informasiya agentliyinin qurucusu və rəhbəri Yunus Oğuzun doğum günüdür. Dəyərli həmkarımız 65 illik yubileyini qeyd edir.

Yunus Oğuz təkcə peşəkar qələm sahibi deyil, eyni zamanda, jurnalistikamızın Azərbaycan ədəbiyyatına və bütövlükdə ziyalı mühitinə qazandırdığı parlaq obrazdır. Onun bədii yaradıcılığı xalqımızın milli ruhunun dolğun təcəssümüdür. Yubilyar ötən əsrin 90-cı illərində azad mətbuat naminə fədakarlığı ilə də bu ruhun daşıyıcısı olduğunu sübuta yetirmişdi.

Bu gün Yunus Oğuzun azad söz mübarizliyinin şah əsəri olan "Olaylar" öz dəst-xətti ilə seçilir, əməksever qələm sahiblərini bir araya gətirən mərkəz, əsl jurnalistika məktəbi kimi tanınır. Yubilyarın yüksək yaradıcılıq şövqü isə bu media orqanının gələcək uğurları üçün müstəsna təminatdır.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri dəyərli Yunus Oğuzu 65 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı, yeni-yeni müvəffəqiyyətlər arzulayırlar.


Etiketlər:  Mətbuat Şurasının Yunus Oğuza illik yubiley təbriki


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ