Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vüqar İskəndərov Yunus Oğuzu 65 yaş münasibətilə təbrik edib

Vüqar İskəndərov Yunus Oğuzu 65 yaş münasibətilə təbrik edib

Tarix: 22 Iyul 2025 12:04

Millət vəkili Vüqar İskəndərov Yunus Oğuzu 65 yaş münasibətilə təbrik edib.

Sonxeber.net olaylar.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir: 

"Yunus bəy bizim üçün təkcə dost deyil, həm də uzun illər ərzində tanıdığımız, hörmət etdiyimiz, yüksək peşəkarlıq və vətənpərvərlik nümunəsi olan bir şəxsiyyətdir. Onun xidmətlərini, fəaliyyəti və zəhmətini hər kəs yaxşı bilir və dəyərləndirir. O, yalnız siyasi və ictimai sahədə deyil, eyni zamanda söz və fikir sahəsində də böyük təcrübəyə malikdir. Onun fəaliyyəti hər zaman milli maraqlara, milli dəyərlərə sadiq bir mövqe ilə seçilib.
Digər tərəfdən, o, dərin araşdırmaları, tarixçi kimi dəqiq biliyi və geniş dünyagörüşü ilə seçilir. Həmçinin o, siyasi fəaliyyətini də böyük məsuliyyət və enerji ilə davam etdirir.

Yunus bəy həm ictimai-siyasi xadim, həm də publisist, jurnalist və tarixçi kimi yüksək səviyyəli peşəkar olmaqla yanaşı, kamil insandır. Onun uzun illər ərzində ölkəmizin ictimai-siyasi həyatına verdiyi töhfələr qiymətsizdir. Yazılarında, çıxışlarında, fəaliyyətində milli dəyərlərə və prinsiplərə bağlılıq hər zaman aydın şəkildə görünür.
65 yaşı münasibətlə Yunus bəyi ürəkdən təbrik edir, ona möhkəm sağlamlıq, zəkasının həmişə üstündə olmasını və gələcəkdə də böyük yaradıcılıq uğurları arzulayırıq. Hər zaman enerjili və məhsuldar qalması, jurnalistika, siyasi fəaliyyət və digər sahələrdə ölkəmizə, xalqımıza faydalı işlər görməsi diləyimizdir".


Etiketlər:  Vüqar İskəndərov Yunus Oğuzu yaş münasibətilə təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ