Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lətif Əliyevdən bir qızıl, bir gümüş medal

Lətif Əliyevdən bir qızıl, bir gümüş medal

Tarix: 28 Iyul 2025 22:14

İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyi davam edir.

Sonxeber.net xəbər verir ki, bu gün atletlərimizdən Lətif Əliyev U-15 kateqoriyasında mübarizəyə qoşulub. 

71 kq çəki dərəcəsində yarışan təmsilçimiz birdən qaldırma hərəkətində 108 kq nəticə göstərərək qızıl medala sahib olub. Lətif təkanla qaldırma hərəkətində 129 kq çəkini başı üzərinə qaldırıb. Beləliklə iki hərəkətin cəmində 237 kq nəticəyə imza atan atletimiz Avropa birinciliyinin gümüş medalını qazanıb.

 


Etiketlər:  Lətif Əliyevdən qızıl gümüş medal


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ