Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Universitetinin rəhbərliyi Fəxri Xiyabanda (FOTO)

Azərbaycan Universitetinin rəhbərliyi Fəxri Xiyabanda (FOTO)

Tarix: 12 Dekabr 2019 16:30

Bakı. Trend:

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, tədbirdən əvvəl universitet rəhbərliyi Fəxri xiyabanda ümummilli liderin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoyublar. Akademik Zərifə Əliyevanın da məzarı ziyarət edilib, abidəsi önünə gül dəstələri düzülüb.

Anım tədbirində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə qeyd edilib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın ən yeni tarixinə imzasını atan böyük tarixi şəxsiyyət və qüdrətli dövlət xadimidir. 90-cı illərin əvvəllərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider dünyanın böyük güclərinin maraqlarının toqquşduğu bir şəraitdə fövqəladə missiyanı öz üzərinə götürərək Azərbaycanın müstəqilliyinə yönələn təhlükələri aradan qaldırıb, uzaqgörənliyi, müdrikliyi və zəkası ilə vətəndaş müharibəsinin qarşısını alıb, dövrün sərt sınaqlarına qalib gələrək müasir dövlətçilik sisteminin əsaslarını yaradıb, Azərbaycanın müstəqilliyini dönməz və əbədi edib. Azərbaycanın iqtisadi inkişaf modelini müəyyənləşdirən dahi liderin rəhbərliyi dövründə siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində böyük dönüşlərə və irəliləyişlərə nail olunub, ölkənin beynəlxalq aləmdə tanınması və nüfuzunun artması istiqamətində nəhəng işlər görülüb.

Anım tədbirində bildirilib ki, dahi şəxsiyyət şah əsəri olan müstəqil Azərbaycan dövlətini özünün layiqli davamçısı Prezident İlham Əliyevə əmanət edib. Prezident İlham Əliyevin ümummilli lider tərəfindən müəyyən edilmiş dövlətçilik kursunu uğurla davam etdirməsi Azərbaycanın gələcəyinə inamın təsdiqidir.

Tədbirdə vurğulanıb ki, ümummilli liderin Azərbaycan dövləti və Azərbaycan xalqı qarşısındakı xidmətləri zaman keçdikcə daha aydın görünəcək. Onun həyat yolu və ictimai-siyasi fəaliyyəti gənclər üçün çox zəngin xəzinə və böyük örnəkdir. Bu səbəbdən irsinin yaşadılması, həyat və fəaliyyətinin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Bu yolda gənclərin üzərinə böyük vəzifələr düşür.

Anım tədbirinin sonunda ümummilli liderin həyat və fəaliyətindən bəhs edən sənədli film nümayiş olunub.

Azərbaycan Universitetinin rəhbərliyi Fəxri Xiyabanda (FOTO) Azərbaycan Universitetinin rəhbərliyi Fəxri Xiyabanda (FOTO) Azərbaycan Universitetinin rəhbərliyi Fəxri Xiyabanda (FOTO) Azərbaycan Universitetinin rəhbərliyi Fəxri Xiyabanda (FOTO) Azərbaycan Universitetinin rəhbərliyi Fəxri Xiyabanda (FOTO) Azərbaycan Universitetinin rəhbərliyi Fəxri Xiyabanda (FOTO) Azərbaycan Universitetinin rəhbərliyi Fəxri Xiyabanda (FOTO) Azərbaycan Universitetinin rəhbərliyi Fəxri Xiyabanda (FOTO) Azərbaycan Universitetinin rəhbərliyi Fəxri Xiyabanda (FOTO) Azərbaycan Universitetinin rəhbərliyi Fəxri Xiyabanda (FOTO) Azərbaycan Universitetinin rəhbərliyi Fəxri Xiyabanda (FOTO) Azərbaycan Universitetinin rəhbərliyi Fəxri Xiyabanda (FOTO)


Etiketlər:  Azərbaycan Universitetinin rəhbərliyi Fəxri Xiyabanda FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ